Makaron və Un İstehsalı

Favelli Makaron

Favelli Un

Makara

İlk makaron istehsalı harada, nə vaxt və kim tərəfindən istehsal olunub dəqiq bilinməsə də müxtəlif tarixi əsərlər və qazıntılar əsasında demək olar ki, ilk makaron keçmiş Yunan, Roma, Çin və Ərəb xalqları tərəfindən hazırlanıb. Arxeoloji qazıntılara görə eramızdan əvvəl 500-cü illərdə Çin və Ərəb ölkələrində ilk makaron növü olan arpa əriştə istehsal olunub. Tarixi yazılara baxdığımızda isə keçmiş Yunan və Romada eramızdan əvvəl 100 illikdə istehsal olunub.

1292-ci ildə Marco Polo Çindən geri dönərkən makaron çeşidləri və hazırlanması haqda məlumatlar gətirdiyi də tarixi əsərlərdə qeyd olunur. Lakin italyanlar bunu təsdiq etmir, ilk makaronun istehsalı üçün istifadə olunmuş alətlərin eramızdan əvvəl VII-IIV  əsrlərdə etrusk tayfaları tərəfindən istifadə olunduğunu iddia edirlər.

Makaron sexinə ötürülən irmik unu birbaşa avadanlığa daxil olaraq su ilə qarışdırılır. Heç bir əlavə qatqı qatılmadan yoğrulan xəmir vakkum sistemindən keçərək qəlibə daxil olur. Qəliblərdə xəmirə forma verilərək kəsilir və yaş xəmir peçə ötürülür. Peç iki hissədən ibarətdir. 1-ci peç dediyimiz hissədə makaronların üst hissələrinin quruması və parlaqlıq verilməsi, həmçinin yüksək temperatur verilərək yaş xəmirdə hər hansı mikroorqanizimlərin yaranmasının qarşısının alınması nəzərdə tutulur. Lakin iç hissələrin nəmlikləri qalır. 2-ci peçdə bu nəmliklər bərabər paylanaraq məhsulun qurudulması prosesi gedir.

Peçdən çıxan məhsul ilkin olaraq soyutma avadanlığına, daha sonra bunkerlərə keçir. Soyutma avadanlığında 26°C  tempuratur verilərək məhsul soyudulur. Bunkerdə olan məhsul artıq paketlənməyə hazırdır. Hazır məhsul paketlənmə avadanlığına ötürülür.

Ət və ət məhsulların İstehsalı

Rosko

Dadım

Üstdad

“Rosko” kolbasaları yarandığı gündən etibarən bu sahədə böyüməyi və inkişafı özünə məqsəd qoyaraq Azərbaycanda ən müasir avadanlıqlarla təchiz edilmiş laboratoriyalar, istehsal sexləri, anbar və daşınma sistemləri ilə fəaliyyətini və istehsal gücünü günü-gündən artırmaqdadır.

“Rosko” kolbasaları daim xalqımızın istədiklərini diqqət mərkəzində saxladığından xalqımızın dini baxışlarından irəli gələn halal məhsullara ehtiyacını qarşılamaq məqsədilə ənənəvi kolbasa məhsulları ilə yanaşı halal kolbasa məhsullarının istehsalı üçün 2014-cü il sentyabır ayından etibarən İslam dininin buyurduğu halal ət məhsulları şərtlərinə uyğun olaraq ənənəvi kolbasa sexindən ayrı “Rosko” kolbasalarının halal kolbasa sexi fəaliyyətə başlamışdır. “Rosko” ticarət nişanı ilə istehsal olunan məhsullarımızın keyfiyyətinə dövlət qurumu olan “AZS” təminat verir.

Bizim keyfiyyət siyasətimiz bütün işçilərimizin və tədarükçülərin töfhələri ilə, müştəri gözləntilərini qarşılayaraq, əvəzolunmaz dadı olan məhsullarımızı xammaldan son məhsula qədər keyfiyyət və gigeyena qaydalarını ön planda tutaraq istehsal etmək, daim yaxşılaşdırma fəaliyyəti, insana dəyər verən, ətraf mühitə və ümumi işi ilə irəliləyən bir şirkət olmaqdır.

Tarixin sınağından keçmiş ənənəvi reseptlərlə hazırladığımız ənənəvi “Rosko”  kolbasaları tərkibindəki donuz piyi və damarlardan təmizlənmiş ət ilə, xüsusi diqqətlə seçilmiş qatqılarla, ənənəvi texnologiyaya riayət olunaraq hazırlandığından əsl ət dadını özündə saxlayaraq hamımızın sevdiyi keçmiş dövrün mükəmməl dadına çevirilir. Xalqımızın damaq dadına xitab edən, bir-birindən ləziz, 55 çeşiddə olan ənənəvi “Rosko” kolbasalarının istehsalı zamanı ekoloji qaydalara və gigiyenik standartlara tam riayət olunur.


Yanaşma

Məsuliyyət və Keyfiyyət bir arada