Məqsədimiz

 Azərbaycan bazarında mövcud olan bütün ticarət nöqtələrinə yüksək keyfiyyətli satış xidməti göstərmək, alıcı rəğbətini qazanmaq, bu yolda ən son və ən müasir vasitələrdən istifadə etmək əsas məqsədimizdir.

 Fəaliyyətimiz çərçivəsində əməkdaşlıq etdiyimiz xarici istehsalçılarla distribüterlik səviyyəsində çalışırıq. Şirkətimizin müasir anbar infrastrukturuna malik olması və dünyanın 100-dən çox aparıcı istehsalçılarının distribüterliyini həyata keçirməsi inkişafımıza daima təkan verir.

 Şirkətin qarşıya qoyduğu əsas məqsəd həmçinin hazırda respublikamızda mövcud olan bütün satış nöqtələrinə yüksək keyfiyyətli xidmət göstərmək, alıcı rəğbəti qazanmaq, bu yolda ən son və ən müasir vasitələrdən istifadə etməkdir.

Müştərilərimizi və əməkdaşlarımızı dinləyərək yaranan problemləri ən qısa zamanda həll etməklə məmnuniyyətlərini təmin etmək ilk işimizdir.

Biz kimik

“Avromak” MMC 2019-cu ildə Azərbaycanda, Bakı şəhərində fəaliyyətə başlamışdır. Şirkətin fəaliyyəti, öz istehsal sahələrinin, həmçinin distribüterlik etdiyi şirkətlərin məhsullarının satışını təmin etməyə əsaslanır. Şirkət öz işçi qüvvəsi və nəqliyyat vasitələri ilə məhsulları Azərbaycanın istənilən bölgəsinə çatdırmaqdadır.

“Avromak” MMC-nin əsas məqsədi istehsal və distribüterlik etdiyi məhsulların çeşidlərinin və keyfiyyətinin optimallaşdırılmasıdır və bu istiqamətdə daimi çalışır.

“Avromak” MMC Bakıda yerləşən baş ofis, anbarlar, dəyirman, istehsal sahələri və regional filiallardan ibarətdir. Şirkət dünyanın müxtəlif ölkələri ilə əməkdaşlıq edir və bu əməkdaşlıqları genişləndirməkdədir.

“Avromak” MMC istehsal sahəsində peşəkar və təcrübəyə malik şirkətlərdən biridir. Çeşidli ət və ət məhsulları, un və un məhsullarının istehsalı, pərakəndə və topdan satışı ilə məşğuldur.

Mehriban kollektiv və məsuliyyətli yanaşma ilə “Avromak” MMC qoyduğu hədəflərə çatmaqdadır.

KEYFİYYƏT RƏMZİMİZDİR

Zövqü və ruhu zənginləşdirən keyfiyyətli məhsul hazırlamaqla uğur qazanırıq AVROMAK MMC